Amerikan
ABŞ amerikalıları — ABŞ-nin əsas vətəndaşları, əhalisi.
== Tarixi ==
Müasir amerikan millətinin tərkibində 3 əsas komponent ayrılır:
ABŞ amerikanları;
Aborigenlər;
İmmiqrantlar.
ABŞ amerikanları ölkə əhalisinin 89 %-ni təşkil edir və burada 4 qrup ayrılır:
=== Birinci qrup ===
I qrup – Avropa-Kanada mənşəli "ağ" amerikanlar. 1980-ci il Siyahıya alınması proqramına etnik mənşə ilə bağlı məsələ daxil olmuşdur. "Ağ" amerikanların göstəriciləri 1980-ci il Siyahıya alınmasında 83 %; 1990-cı ildə 76 %; 2000-ci ildə isə 71 % olmuşdur (2050-ci ildə 53 % proqnozlaşdırılır). Hal-hazırda almanlar 23 %, irlandlar 16 %, ingilislər 13 %, italyanlar 6 %, digər xalqlar isə 42 % təşkil edir. Alman mənşəlilər Minnesota, Ayova, Nebraska ştatlarında, italyanlar Nyu-York, Nyu-Cersi, Pensilvaniya, Rod-Aylend, Konnektikutda, fransızlar Luiziana, Texasda, isveçlər İllinoys, Minnesota, Ohayo, Viskonsində, hollandlar Miçiqanda, polyaklar İllinoys, Viskonsin, Miçiqanda yaşayırlar. Ruslar Nyu-York, Texas, Nyu-Cersi, Florida, Kaliforniya, İllinoys ştatlarında, həmçinin Nyu-York, Boston, Filadelfiya, Çikaqo, Detroyt, Los-Ancelos, San-Fransisko və Sietl şəhərlərində cəmlənib.
=== İkinci qrup ===
II qrup – Afrika mənşəli amerikanlar (qarışıq nikahlar nəticəsində yaranan mulatlar). Doğum və təbii artımın yüksək göstəriciləri ilə əlaqədar bu qrupun payı 12,7 %-dir (36 mln.